Qiymətləndiricilərin ixtisas imtahanı keçirildi

İQTİSADİYYAT
14:07 / 28.10.2024
129

Oktyabrın 27-də Azərbaycanda qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib.

Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti Vüqar Oruc məlumat verib.

O bildirib ki, ixtisas imtahanına 7 qiymətləndirmə istiqaməti üzrə 142 nəfər namizəd qatılıb, onlardan 106 namizəd imtahanı müvəffəqiyyətlə başa vurub. Qanunvericiliyə əsasən, imtahandan uğurla keçən namizədlərə 5 iş günü müddətində qiymətləndirmə fəaliyyətinin müvafiq istiqaməti üzrə ixtisas şəhadətnaməsi veriləcək. Eyni zamanda, həmin şəxslərdən ibarət Azərbaycan Qiymətləndiricilər Palatası formalaşdırılacaq”.

V. Oruc əlavə edib ki, imtahanlara hazırlıq, rəsmi kursların keçirilməsi, sual bankının yaradılması, ekspertlərin prosesə cəlb olunması kimi istiqamətlərdə fasiləsiz fəaliyyətin qiymətləndirmə sektorunun ciddi şəkildə yenidən formalaşmasına gətirib çıxarıb.

0