Kirayə mənzil bazarında qiymətlər necədir? - Mütəxəssis açıqladı

İQTİSADİYYAT
21:38 / 30.10.2024
203

Ölkəmizin ev sahibliyi etdiyi COP29 layihəsinə görə gələn ay paytaxt ərazisində məktəblər və üniversitetlər bir müddətlik distant təhsilə keçəcək.

Uzaqdan təhsilə görə rayondan Bakıya oxumağa gələn tələbələr yenidən evlərinə qayıdacaq. Buna baxmayaraq, əmlakçılar şəhərə minlərlə qonağın axın etməsinə görə kirayə qiymətlərini artırıb. 

Maraqlıdır, hazırda kirayə mənzil bazarında qiymətlər necədir?

Bu barədə Hit.az-a açıqlama verən makler Sənan Zülfüqarov deyib ki, gələn ay şəhər gələcək qonaqlara görə ev sahibləri kirayə qiymətlərini yüksək dərəcədə artırıb:

“Əmlakçılar şəhərə minlərlə qonağın gələcəyindən istifadə edərək , günlük kirayə verilən evlərin qiymətlərini qaldırıblar. Kirayə mənzil qiymətlərinin noyabr ayında daha da artması gözlənilir. Ümumi vəziyyətə nəzər yetirsək, gündəlik ev kirayələrinin qiyməti yüksəkdir. Bu turistik, yəni , paytaxtın mərkəzi ərazilərində daha da yüksəlir. Mövsümi aylarda minimum 50 manatdan başlayan günlük qiymətlər 300-500 manat arası dəyişir. Bakı şəhərində də eyni tendensiya müşahidə olunur. Paytaxtda gündəlik evlər 70 manatdan başlayır və 250-300 manata qədər gedib çıxır”.

Murad


 

0