Deputatlar sabah toplaşır: onlara yüksək vəzifə veriləcək

İQTİSADİYYAT
23:08 / 31.10.2024
175

Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin ediləcək.

Modern.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin  iclasının gündəliyinə daxil edilib.

Komitənin sabahkı iclasında “Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi haqqında” məsələ müzakirə ediləcək.

Qeyd edək ki, İdarə Heyəti Mərkəzi Bankın kollegial ali idarəetmə orqanıdır. Mərkəzi Bankın İdarə Heyətinin tərkibi Mərkəzi Bankın sədri, Mərkəzi Bankda daimi əsaslarla işləyən altı üzv və iki kənar üzv daxil olmaqla doqquz üzvdən ibarətdir.

Konstitusiyaya görə, Azərbaycan Prezidenti İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verir, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvləri sırasından Azərbaycan Respublikası Mərkəzi Bankının sədrini təyin edir.

Hazırda İdarə Heyətinə Mərkəzi Bankın sədri Taleh Kazımov, onun birinci müavini Rəşad Orucov və müavini Əliyar Məmmədyarov daxildir.

0