Nazirliyin iki zavoduna yeni direktor təyin edildi

İQTİSADİYYAT
11:40 / 01.11.2024
168

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Azon zavodu” MMC-nin direktoru Ruhin Cəfərov vəzifəsindən azad edilib.

HİT.az "Report"a istinadən xəbər verir ki, müəssisəyə rəhbərlik Yaşar İbrahimova həvalə olunub.

Xatırladaq ki, “Azon zavodu” 1974-cü ildə Mikrosхеmotехnika Bakı Хüsusi Konstruktor Bürosunun bazasında yaradılıb və SSRİ Elektronika Sənayesi Nazirliyinin tərkibinə daхil edilib. Müəssisə 1993-cü ildən Dövlət Хüsusi Mаşınqаyırmа və Kоnvеrsiyа Kоmitəsinin tаbеliyində оlub, 2006-cı ildən isə Müdafiə Sənayеsi Nazirliyinin tabеliyində fəaliyyət göstərir. Zavod Azərbaycanda inteqral mikrosxemlərin tam istehsalı üzrə ixtisaslaşmış, geniş texnoloji bazaya malik yeganə müəssisədir. Onun nizamnamə kapitalı 554 928 manatdır.

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Bakı Cihazqayırma Zavodu” MMC-yə də yeni direktor təyin edilib. Bu, Abas Quliyevə həvalə olunub.

O, zavodun rəhbərliyində Rasim Tahirovu əvəz edib.

Xatırladaq ki, “Bakı Cihazqayırma Zavodu” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 22 913 728 manatdır. Müəssisə 2006-cı ildən nazirliyin tabeliyində fəaliyyət göstərir.

0