Restoranlarda servis haqqı qanunidir?

20:34 / 06.11.2024
195

Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.

Menyuda qeyd olunmadığı halda servis haqqı almağın cəzasl varmı?

Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Adil Piriyev bildirib ki, müştəriyə öncədən məlumat verilmədiyi halda alınan servis haqqı qanuna ziddir:

“Menyuda qeyd olunmadan hər hansı faizin tutulması, musiqi və digər əyləncələrə görə əlavə ödənişin tələb olunması tamamilə qanunsuzdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, qiymət intizamının pozulması, yəni satışda olan mallar üzərində qiymət kağızlarının yaxud göstərilən iş və xidmətə üçün menyuların olmamasına görə 800 manatdan 1000 manatadək məbləğdə cərimə nəzərdə tutun”.

Murad

0