Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu gündən başlayaraq bir sıra marşrutların fəaliyyətini bərpa edir.
HİT.az xəbər verir ki, hərəkət sxemləri bərpa edilən marşrutlar bunlardır: 3, 5, 17, 18, 21, 30, 32, 36, 39, 49, 61, 88, 65, 77, 120, 125, 140, 149, 150, 160 və 141E.
Hərəkət sxemləri “Ulduz” metrostansiyasına müvəqqəti təyin edilən marşrutlar isə bunlardır:
118A, 118B, 148, 173A və 173B. Bu marşrutların fəaliyyəti Balaxanı yolu ilə təşkil ediləcək.
Mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi təmin ediləcək.
Xatırladaq ki, noyabrın 9-dan etibarən sözügedən avtobusların hərəkət sxemi dəyişdirilmişdi.