Son günlər insanlar və sosial şəbəkə istifadəçilər arasında narazılıq yaradan məsələlərdən biri də mobil tariflərdir.
Belə ki, insanlar mobil tariflərin tez bitməsindən şikayətlənir.
Maraqlıdır, bunun səbəbi nədir? Niyə son zamanlar mobil tariflər tez bitir?
Bu barədə Hit.az-a açıqlama verən texnologiya üzrə mütəxəssis Aydın Qarayev deyib ki, mobil tariflərinin tez bitməsinin bir neçə səbəbi ola bilər:
“Bəzən özümüzün də xəbəri olmadan mobil tarifimizin tez bitməsinə şərait yaradacaq , addımlar atırıq. Məsələn, yüksək məlumat istifadəsi, arxa planda verilərin ötürülməsi, tarif planının məhdudiyyətləri, yüksək keyfiyyətli xidmətlər və ya ən əsası mobil operatorların səhvi.
Əgər mobil internetdən istifadə edərək, video izləyib, oyun oynayırsınızsa, tarif tez bitə bilər. Çünki belə hallar yüksək veri tələb etdiyi üçün tarif bitir. Bundan başqa, Telefonlarda arxa planda məlumat ötürülməsi davam edir. Misal üçün, tətbiqlər avtomatik yenilənə bilər, e-poçtlar alına bilər və digər xidmətlər aktiv olur. Bəzi hallarda, bu proseslər internet trafikini tezcə bitirir.
Eyni zamanda, bəzi mobil operatorlar, müəyyən tariflərdə daha məhdud məlumat həcm təklif edirlər. Yəni, ilkin baxışda çox sərfəli görünən tariflər, əslində, az internet həcmi təklif edə bilər”.
Murad