Noyabr ayı il ərzində böyük endirimləri ilə məşhur olan bir aydır.
Bu ayda həm Beynəlxalq Shopping Günü, həm də “Black Friday” adlandırılan “Qara Cümə” günü münasibətilə dünya ölkələrinin əksəriyyətində böyük endirimlər tətbiq olunur.
İnsanlar bu endirimlərdən maksimum dərəcədə yararlanırlar.
Bunun nəticəsində də İslam dünyasında problemə çevrilən “Qara Cümə” günü dünya miqyasında daha da məşhurlaşır.
Ölkəmizdə də Qara cümə adı ilə dükanlar guya endirim edir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Hit.az qeyd edib ki, bu günlərdə satıcılar keyfiyyətsiz malları satmağa çalışır:
“Burada əsas niyyət sahibkarların çoxlu gəlir əldə etməsidir. Belə ki, ölkəmizdə "qara cümə"yə iki ay qalmış qiymətlər bilərəkdən qaldırılır. Guya sonra endirirlər. Bu, böyük bir marketinq layihəsidir. İnsanlara sıradan çıxan malları satırlar. Qara Cümə" insanları aldatmaq üçün bir tələdir. Bu insanları mağazanın qapısından içəri salmaq üçün hazırlanan bir plandır”.
Sevinc