“Hazırda kənd təsərrüfatı sahəsinə ayrılan subsidiya kifayət qədər aşağı məbləğdir. Fermer subsidiyanın 75 faizini nağdlaşdıra bilmir”.
Bu sözləri Hit.az-a aqrar sahə üzrə ekspert Akif Nəsirli deyib.
Ekspert bildirib ki, subsidiyanın verilmə qaydası dəyişməlidir:
"Fermer ona verilən subsidiya ilə bazardan ən keyfiyyətli məhsulu ala bilsin. Subsidiyanın verilməsi ilə yanaşı, xərclənmə qaydası dəyişməlidir. Fermer ona çatan subsidiyanın hamısını nağdlaşdırma imkanına malik olmalıdır”.
Sevinc