Ağdamda 39 milyon manatlıq layihənin icrasına başlanılır

İQTİSADİYYAT
20:59 / 19.11.2024
98

Ağdamda genişmiqyaslı bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir.

Bu barədə İqtisadiyyat.az Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat əldə edib.

Belə ki, Ağdam şəhəri 4 nömrəli yaşayış massivi, 9 və 10-cu məhəllələr üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisi işlərinə başlanılır.

Dövlət Xidməti layihənin icrasının 23 740 446,66 manata başa gələcəyini proqnozlaşdırıb.

Bundan əlavə, qurum Xıdırlı kəndində qeyri-yaşayış binalarının tikinti-quraşdırma işlərinin 3,4 milyon manata, Kəngərli kəndində qeyri-yaşayış binalarının tikinti-quraşdırma işlərinin 7 milyon manata, Sarıcalı kəndində qeyri-yaşayış binalarının tikinti-quraşdırma işlərinin 5 milyon manata başa gələcəyini ehtimal edir.

0