“Ictimai nəqliyyat nə qədər zəifdirsə, ətraf mühitə o qədər çox zərər vurur. Ziyanı azaltmaq üçün mükəmməl ictimai nəqliyyat olmalıdır. Mükəmməl ictimai nəqliyyat olarsa, insanlar fərdi nəqliyyat vasitələrindən az istifadə edər, az yanacaq sərf edər”.
Bu fikri Hit.az-a nəqliyyat eksperti Ərşad Hüseynov deyib.
O bildirib ki, ölkəmizdə məşhur markaların avtobusları da yığılsa , daha yaxşı olar:
“Türkiyə, Çin, Belorus, Macaristan və digər ölkələrlə danışıq aparıb, onların istehsal etdiyi detallar bizdə yığıla bilər. Çox keyfiyyətli elektrobuslar yığıla bilər. Bunun üçün müəyyən işlər görülməlidir”.
Sevinc