“Modern Construction Group” Qapalı Səhmdar Cəmiyyəti (QSC) nizamnamə kapitalını son iki gündə kəskin azaldıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət özü elan edib.
Qeyd olunur ki, QSC nizamnamə kapitalını 2 780 000 manata endirib.
Ötən gün isə şirkət nizamnamə kapitalının 3 040 712 manat endirdiyi ilə bağlı məlumat yaymışdı.
Hazırda şirkətin nizamnamə kapitalının həcmi 4 679 000 manatdır.
Qeyd edək ki, tikinti şirkəti olan “Modern Construction Group” 2002-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Quliyev Arif Avtandil oğludur.