Hikmət Məmmədov vəzifəsindən azad edildi

İQTİSADİYYAT
09:24 / 28.11.2024
238

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədr müavini Hikmət Məmmədov işdən çıxarılıb.

Modern.az-ın məlumatına görə, o, bir müddət əvvəl vəzifəsindən azad olunub.

Qeyd edək ki, Hikmət Məmmədov 1977-ci ildə anadan olub. 2003-2009-cu illərdə Moskva Dövlət Açıq Universitetində Hüquqşünas ixtisası üzrə təhsil alıb.

O, 16 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

0