“Torpaq icarəsi haqqında” qanunun əhəmiyyəti

İQTİSADİYYAT
20:54 / 29.11.2024
248

“İşğaldan azad edilən ərazilərdə torpaq islahatı aparılana qədər ərazidəki kənd təsərrüfatı torpaqlardan istifadə  baxımından “Torpaq icarəsi haqqında” qanun hüquqi baza sayılır”. 

Bu fikri Hit.az-a aqrar sahə üzrə ekspert Akif Nəsirli deyib.

O bildirib ki, “Torpaq icarəsi haqqında” qanunun dəyişməsinin bir çox əhəmiyyəti var. Belə ki,vbu qanun sayəsində sakinlər həmin yerə daha çox bağlı olacaq. İşsizlik aradan qalxacaq, əkib-becərilən məhsullarda ölkə iqtisadiyyatı töhfə verəcək:

 “Sakinlər torpaq icarəyə götürüb, orda kənd təsərrüfatı ilə məşğul olmaq imkanları olacaq. Onu da deyim ki, sakinlər torpağı münasib qiymətə icarəyə götürə biləcək.  Beləliklə, o torpaqlarda əkin-biçin işi aparılacaq və sakinlər öz iqtisadi fəaliyyətini quracaq”. 

Sevinc

0