Namiq Hümmətov Daşkəsəndə vətəndaşları qəbul edib

İQTİSADİYYAT
15:54 / 29.11.2024
47

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov noyabrın 29-da Daşkəsən şəhərində vətəndaşları qəbul edib.  

Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyularaq , xatirəsi hörmət və ehtiramla anılıb.

Gəncə, Daşkəsən, Göygöl, Samux və Kəlbəcər rayon sakinləri ilə keçirilən görüşdə vətəndaşların torpaq münasibətləri və tikintiyə icazə icraatı ilə bağlı sualları cavablandırılıb, şəhərsalma qanunvericiliyinin tələbləri və prosedurları barədə ətraflı məlumat verilib.

Namiq Hümmətov səfər çərçivəsində həmçinin, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovla görüşərək,  şəhərin Baş Planının icra vəziyyəti, sakinlərin həyat keyfiyyətini yüksəltmək və rahatlığını təmin etmək məqsədilə ictimai məkanların yaradılmasına dair planlaşdırılan işləri müzakirə ediblər.

0