Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq

İQTİSADİYYAT
23:50 / 29.11.2024
36

Təhsildə Keyfiyyət Təminatı Agentliyi Dərsliklərin Qiymətləndirmə Şurasının keçmiş sədri Elmina Kazımzadə ilə satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo-nun məlumatına görə, müqavilədən aydın olur ki, Elmina Kazımzadə ali təhsil müəssisələrində keçirilən proqram akkreditasiyasında komissiya sədri vəzifəsini icra edəcək. 

Buna görə Elmina Kazımzadəyə 900 manat ödəniləcək. Ali təhsil müəssisələrinin akkreditasiya prosesi ümumi olaraq 6 ay müddəti əhatə edir. 

Elmina Kazımzadə 2007-2009-ci illərdə Ali Təhsilə Dəstək Proqramının Məsləhət şurasının uzvü kimi fəaliyyət göstərib. 2008-2017-ci illərdə isə ictimai əsaslarla Dərsliklərin Qiymətləndirmə Şurasının sədri vəzifəsində çalışıb. 

Psixologiya üzrə fəlsəfə elmlər doktoru olan Elmina Kazımzadə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvüdür. 

0