“Birgə zaminlik bank ödənilməyən krediti birbaşa (dərhal) zamindən tələb edir.
Zamin ödəniş edib, sonradan həmin məbləği borcalandan tələb edə bilər”.
Bu fikri Hit.az-a bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyib.
O bildirib ki, Azərbaycanda banklar adətən birgə zaminlik forması ilə kredit ayırır və borc ödənilmədikdə həm zamindən, həm də borcalandan ödəniş tələb edir:
“Bütün bunlar zaminlik müqaviləsində göstərilməli, zamin öhdəliyi hansı şərtlərlə götürdüyünü bilməlidir”.
Sevinc