"Atılan addımlar bələdiyyələrin inkişafına səbəb olacaq" - Vüqar Tofiqli

İQTİSADİYYAT
20:20 / 03.12.2024
70

Azərbaycanda bələdiyyələrin yeni tərkibinin ilk iclasının keçirilməsi və sədrinin seçilməsi ilə bağlı qaydalar təsdiqlənib.

Bu, Prezident İlham Əliyevin “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlara təklif edilən dəyişikliklə mümkün olub.

Dəyişikliklə bağlı fikir bildirən “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli Hit.az-a şərhində bildirib ki, atılan addımlar bələdiyyələrin inkişafına səbəb olacaq: 

“Sadəcə müəyyən məsələlər var ki, onların həlli üçün çalışmaq lazımdır. Seçiləcək yeni bələdiyyələrin üzləşəcəyi problemlərin həlli ilə bağlı müəyyən addımlar atılmalıdır. Yeni qanun sayəsində birləşdirilən bələdiyyə əmək haqqı məsələsi, maliyə resurslarının artırılması ilə bağlı müəyyən addımlar atılacaq. Azərbaycan bələdiyyəsi müəyyən inkişafa səbəb olacaq. Birləsdirilən bələdiyyələrin DSMF və əmək haqqı borclarının 
bağlanması məsələsi həll olunmalıdır. Hesab edirəm ki, bu dəyişikliklər sayəsində bələdiyyə sahəsində yaşayış massivinin problemləri həll olacaq,  bələdiyyələrin maliyyə sıxıntısı olmayacaq və bələdiyyənin hörməti artacaq".

Sevinc

0