Azərbaycanda vaxtı keçmiş kreditlər son bir ildə 9% artıb.
2024-cü il noyabr ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 479.8 milyon manat təşkil edib.
Mərkəzi Bankın məlumatına əsasən bu göstərici ilin əvvəli ilə müqayisədə 9.6%, ötən ilin eyni dövrünə nisbətən isə 8.9% artıb.
Mövzu ilə bağlı fikir bildirən bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a deyib ki, ölkədə iqtisadi-sosial vəziyyət çətinləşir:
“Kreditlərin vaxtında qaytarılmaması kredit götürənlərin maddi durumunub zəif olması ilə bağlıdır. Eyni hal sahibkarlarda da müşahidə olunur. İnhisarçılar orta və kiçik sahibkarları sıradan çıxarır, onlar ödəniş edə bilmir. Bu proses daha da aktivləşəcək”.
Sevinc