"Sumqayıt Nəqliyyat"a yeni direktor təyin edildi

İQTİSADİYYAT
16:51 / 05.12.2024
206

Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Tabeliyində "Sumqayıt Nəqliyyat" MMC-yə yeni direktor təyin edilib.

"Report”un əldə etdiyi məlumata görə, bu, Hüseyn Rəhimovdur.

O, şirkətin rəhbərliyində Məzahir Piriyevi əvəz edib.

Xatırladaq ki, "Sumqayıt Nəqliyyat" 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 manatdır.
 

0