Yeni il ərəfəsində otellərdə qiymətlər necədir? - RƏQƏMLƏR

İQTİSADİYYAT
12:56 / 09.12.2024
210

"Artıq yeni ilə sayılı günlər qalıb".

Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycana gələn turistlər və ölkə vətəndaşları istirahət üçün regionlara getməyə maraq göstərirlər:

"Xüsusən dağlıq bölgələrə daha çox turist axını var. Qışda qar yağanda ən çox Şahdağ və Tufandağ istiqamətlərinə gedirlər. Rayonlardan da Quba və Qusara daha böyük maraq olur. Həmçinin, Şəki, Qax, Zaqatala bölgələrindəki 5 ulduzlu otellərdə şou-proqramlar və yeni il şənlikləri təşkil olunur. Bu otellərdə qiymətlər nisbətən bahadır. Lakin bu baha qiymətlər birbaşa şou-proqramlarının təşkili ilə bağlıdır". 

363896

Ekspert qeyd edib ki, şou-proqramların təşkilində müxtəlif animasiya vasitəsilərindən istifadə edilir və tanınmış müğənnilər dəvət olunur:

"Təbii ki, bu da müəyyən bir vəsait tələb edir. Yəni həmin şənliklər baha qiymətlərə ərsəyə gəlir. Bütün bunlar isə müştərilərin hesabına əlavə olunur. Daha dəqiq desək, yeni il şou-proqramların paketi baha olur. Lakin buna baxmayaraq, 3 və ya 4 ulduzlu otellərdə məhdud şəkildə şou-proqramlar təşkil olunur. Onlarda isə qiymətlər daha aşağı olur". 

Mütəxəssis yeni il şou-proqramlarının qiymətləri barədə də danışıb:

"3 və ya 4 ulduzlu otellərdə sözügedən tədbirlərin qiymətləri 1 nəfər üçün təxminən səhər yeməyi daxil olmaqla 3 gecə qalmaq 500-600 manatdan başlayır. 5 ulduzlu otellərdə isə qiymətlər nisbətən bahadır. Belə otellərdə şimal bölgəsində 1 nəfər üçün 1800-2100 manat arası dəyişir. Şəki, Qax, Zaqatala, Balakən bölgəsində isə 1 nəfər üçün yeni il şou-proqramlarına qatılmaq 1100-1500 manat arası dəyişir. 

Cənub bölgəsində isə qiymətlər nisbətən ucuzdur. Bir nəfər üçün qiymətlər 700-800 manatdan başlayır. Hər bir istiqamətdə 3-4 ulduzlu otellər fəaliyyət göstərir. Qiymətlər də nisbətən münasibdir. Yəni 300 manatdan 500 manata qədərdir".

Pərviz

0