Bu ərazilərdə evlər ucuzlaşır - Səbəb nədir?

İQTİSADİYYAT
09:44 / 16.12.2024
294

Abşeron rayonu, Xırdalan şəhərində daşınmaz əmlak bazarında durğunluq müşahidə edilir.

Əmlak ekspertləri bildirirlər ki, bir müddət əvvələ qədər bahalaşma prosesinin izləndiyi bu bazarda indi vəziyyət dəyişir.
 
Elan saytlarında birotaqlı mənzillər 37-40 min, ikiotaqlılar 65 min, üçotaqlı mənzillər isə 75 min manata təklif edilir. Ekspert Elnur Fərzəliyev Xırdalan əmlak bazarında durğunluğun yaranmasının bir neçə səbəbinin olduğunu deyir.
 
Onun sözlərinə görə, əsas səbəblərdən biri Bakıya gediş-gəlişdə ciddi nəqliyyat problemlərinin yaşanmasıdır.
 
Ekspert əlavə edib ki, Xırdalandan fərqli olaraq, son illər Bakı və ölkənin digər şəhər və rayonlarında daşınmaz əmlak bazarında qiymət artımları müşahidə edilir. Xırdalanda son illər tikilən sayısız binalar və insanların bura üz tutması əvvəllər burada qiymət artımını şərtləndirən əsas amillər idi. İndi isə vəziyyət dəyişib.
 
Hesab edilir ki, Xırdalanla paytaxt Bakı arasında nəqliyyat sıxlığı problemi davam edərsə, əmlak qiymətləri daha da enə bilər.
 
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 
 
 

0