Məşhur brendlərin inanılmaz marketinq hiylələri - FOTO

İQTİSADİYYAT
16:50 / 11.05.2020
1397

İstehlak tələbi artdıqca firmalar arasında rəqabət artır. Dünyanın məşhur firmaları satışlarını artırmaq üçün hər gün yeni üsullar sınayırlar.

Hit.Az markzone.az-a istinadla brendlərin inanılmaz marketinq hiylələrini təqdim edir:

3D qapı tutacaqları
Məşhur firmaların daha çox qazanc əldə etmək üçün istifadə etdiyi bəzi strategiyalar, başqa sözlə desək marketinq hiylələri:

1-Musiqi
Musiqi hamının bildiyi şeylərdən biridir. Xüsusilə geyim mağazalarında həmişə canlı və sürətli musiqi çalınır. Bunun səbəbi "Bəyən, al, çıx!" məntiqidir, yəni ehtiyacınız olanı bəyənin, alın və çıxın. Bu vəziyyət müəyyən bir müddətdən sonra çaxnaşma yaratdığından ehtiyacınız olmayan məhsulları da əldə edəcəksiniz.

2-Mağaza qapılarının həmişə açıq olması
Mağazanın qapılarınının açıq olması şüuraltında "Qapımız sizə sona qədər açıqdır, həmişə gözləyirik!" düşüncəsini yaradır. Adətən gündəlik tələbat məhsulları satan mağazalar bu strategiya ilə hərəkət edir.

3- Zamanı unutdurmaq
Pəncərəsi və saatı olan bir ticarət mərkəzi heç görmüsünüzmü? Ticarət mərkəzlərində tətbiq olunan bu strategiyanı həyata keçirən bir çox firmalar var. Bəs bunu niyə edirlər? Müştəriyə vaxt anlayışını tamamilə unutdurmaq, onun alış-verişi dayandırmağının, "Artiq gecdir, evə getmək vaxtıdır" kimi düşünməyinin qarşısını almaq üçün istifadə olunan strategiyalardan biridir.

4- Tək qiymət
Marketinq hiylələri arasında ən çox rast gəlininən metoddur. Diqqətlə baxsanız, çox məhsulun qiyməti bir rəqəmlə bitir. Tutaq ki, məhsulun qiyməti 200 AZN əvəzinə 199.99 AZN-dir. Bunun səbəbi insanların bu rəqəmi 200 AZN deyil , 100 AZN olaraq yuvarlaqlaşdırmasıdır. Yəni firmalar müştərilərinin daha az pul xərclədiklərini düşünməsini istəyirlər ki, daha çox məhsul istehlak etsinlər. Bu mövzunu ətraflı şəkildə ələ aldığımız yazımıza buradan keçid edə bilərsiniz.

5- Yoxluq psixologiyası
Bir firmanın məhsuluna üstünlük verilmirsə, firmalar dərhal insanlarda yoxluq psixologiyasını tətbiq edirlər. Bəs yoxluq psixologiyası nədir? Sizi "bitdi", "sonuncudu", "yalnız ilk dəfə bu qiymətə" və s. bu kimi sloqanlarla alış-verişə cəlb edib satılmayan məhsulları satmağa çalışırlar.

6- Hədiyyə kartları
Hədiyyə kartları firmanın sizə təqdim etdiyi ayrıcalıqla yanaşı, eyni zamanda daha çox pul xərcləməyinizə səbəb olur. Hədiyyə kartından istifadə etmək istədiyiniz zaman sizə minumum bir limit olduğunu deyir və siz də bu karta sahib olmaq üçün 10 AZN, 20 AZN və s. daha çox pul xərcləyəcəksiniz. Çox yüksək olmayan bu məbləğlər yığıldıqda çox qazanc gətirir.

7- Birini alana biri hədiyyə
Bazarlarda üstünlük verilən bir strategiyadır. "Hədiyyə" sözü sanki aldığınız bütün məhsullara pul xərcləməməsiniz kimi düşünməyinizə səbəb olur.

 

1
Milli.az