Yerli çay istehsalı niyə zəifdir ?

İQTİSADİYYAT
23:10 / 18.12.2024
35

"Ölkəmizdə yerli çay istehsalı azdır. Mağazalarda yerli markalar adı altında satılan çayların əksəriyyəti xaricdən gətirilərək, burada qablaşdırılır. Satılan çayların 90 faizə yaxını xaricdən gətirilib , burada qablaşdırılan çaylardır". 

Bu fikri Hit.az-a iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

O bildirib ki,  çayçılıq ağır sahədir və illərə hesablanmış investisiyalar lazımdır: 

"Bir çay kolunun əkilib-becərilməsi, məhsul verməsi 6 ilə başa gəlir. Azərbaycanda isə uzunmüddətli biznes layihələrinə maraq yoxdur. Əgər bankdan kredit götürüb , çay kolu əksəniz , 6 ilin sonuna götürdüyünüz məbləğin iki qatını faizlər şəklində ödəməli olacaqsınız. Bu da heç kəsə sərf etmir. Belə şəraitdə də çay kollarının sayı azalır”.

Sevinc

0