Tikinti üçün icazənin müddəti nə qədərdir?

İQTİSADİYYAT
18:59 / 19.12.2024
135

Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.

Tikinti üçün icazəni bir neçə il qabaq aldıqdan sonra işə başlaya bilərik?

Mövzu ilə bağlı Hit.az-a hüquqşünas Adil Piriyev danışıb:

“Şəhərsalma və Tikinti Məcəlləsinin 77.1 və 77.2-ci maddələrinə əsasən, icazənin verildiyi vaxtdan 3 illik müddət ərzində tikintiyə başlanılmadığı və ya dayandırıldığı kimi hallarda tikinti icazəsi qüvvəsini itirir. 3 illik müddət sifarişçinin yazılı müraciəti əsasında uzadılır. Müddətin uzadılması ilə bağlı hallar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir”.

Murad

0