Bu metro stansiyanın tikintisi dayandırılıb

İQTİSADİYYAT
16:29 / 20.12.2024
180

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Bənövşəyi xətti üzrə inşa edilən, şərti adı "B-4" olan metro stansiyasının tikintisi dayandırılıb.

Bunu tns.az-a müsahibəsində "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hazırda stansiyada tikinti işləri müəyyən müddətə dayandırılıb: "Bu, vəsait çatışmazlığı ilə bağlıdır. Amma bu o demək deyil ki, tikinti davam etdirilməyəcək. Stansiyanın inşasının əsas ağır mərhələsi geridə qalıb. 4 mərhələli inşaatın bütün mərhələləri üzrə qazıntı başa çatdırılıb, inşaatın tamamlanması adlandırılan işlərə başlanılıb, mərnər üzlük - qranit vurulmasına hazırlıq görülüb, dizayn mərhələsi həll edilir, stansiyada infrastrukturun qurulması üçün hazırlıq da var".

Qurum sözçüsü qeyd edib ki, stansiyanı "8 Noyabr"a birləşdirən hər iki yol infrastrukturu, yəni onun dəmir-beton yol hissəsi, relsləri qurulub: "Qatarların hərəkətini təmin edən elektrik sistemi və təmas relslərinin qurulması işləri görülməlidir. Stansiyada digər işlərin də hazırlığı görülüb. Məsələn, eskalatorlar və havalandırma ventilyatorları da gətirilib".

0