Bu ilin on bir ayında 12 nəfər imtiyazlı şəxs nəqliyyat vasitəsi ilə təmin edilib.
İqtisadiyyat.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin müvəqqəti icraçısı Fərid Bağırzadə bildirib.
Onun sözlərinə görə, növbəlilik reyestrində olan digər 11 nəfərə nəqliyyat vasitəsinin verilməsi bu ilin dekabr ayında nəzərdə tutulub: "Bununla da növbəlilik reyestrində olan bütün vətəndaşların nəqliyyat vasitəsi ilə təminatı yekunlaşacaq".
O, həmçinin vurğulayıb ki, ümumilikdə, təmsil olunduğu qurum tərəfindən bugünədək imtiyazlı şəxslərə 618 avtomobil və 327 mənzil (fərdi ev) təqdim edilib. Nazir müavini əlavə edib ki, 29 mənzilin isə yaxın aylarda təhvil verilməsi planlaşdırılıb.