General bu xanımı idarə rəisi təyin etdi - FOTO

15:29 / 24.12.2024
352
Dövlət Gömrük Komitəsinin (DGK) Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəisi Mehriban Əlizadə vəzifəsindən azad edilib. 
 
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, komitə sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun bununla bağlı müvafiq əmr imzalayıb. 
 
Mehriban Əlizadə
 
Şahin Bağırovun digər əmri ilə Rəcəbova Aydan Şahin qızı Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəisi vəzifəsinə təyinat alıb. 
 
Qeyd edək ki, Aydan Rəcəbova 2014-2015-ci ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin"Genetika, İnsan və heyvan fiziologiyası" ixtisası üzrə magistr təhsili alıb. Mehriban Əlizadə isə 2010-cu ildən sözügedən idarədə rəis və müavin vəzifəsində çalışıb. 
 
0