"İnsanların sükan arxasında telefonla danışması çox təhlükəli vəziyyətdir"

İQTİSADİYYAT
20:38 / 26.12.2024
72

Azərbaycanda avtomobil qəzalarının bir hissəsi sürücülərin sükan arxasında telefonla danışması və mesaj yazması üzündən baş verir.

Araşdırmalar zamanı məlum olub ki, hər 10 qəzadan 1-i mobil telefona görə baş verir.

Psixoloq Könül İsmayılova Hit.az-a şərhində deyib ki, maşın sürən insanların sükan arxasında telefonla danışması çox təhlükəli vəziyyətdir:

 "Telefonla danışanda insan, istər-istəməz, ona deyilən sözlərə diqqətini yönəldir, bununla da yola olan diqqəti yayınır. Çünki, insan psixikası eyni anda iki və daha artıq sahəyə diqqət etməyə çətinlik çəkir. Avtomobilə əyləşərkən , mobil telefonun zənginə cavab verməmək daha məqsədəuyğundur ki, bununla uzun və sağlam həyata addım atmış olarsınız. Avtomobil idarə edərkən mobil telefonla danışmaq, artıq bir çox ölkədə, o cümlədən, Rusiya, Türkiyə, İngiltərə, Almaniya, Hollandiyada qadağan edilib. Onu da deyim ki, mobil telefonla danışaraq , avtomobil idarə etməyin risqi elə içkili vəziyyətdə sükan arxasında əyləşməyə bərabərdir".

Sevinc

0