Evi sığorta etdirməmək cərimə edilir?

İQTİSADİYYAT
22:56 / 27.12.2024
75

Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.

Evi sığorta etdirməyəndə cərimə yazılır?

Mövzu ilə bağlı Hit.az-a hüquqşünas Adil Piriyev danışıb:

“İcbari Sığortalar Haqqında qanunun 37-ci maddəsinə əsasən, mülkiyyətində daşınmaz əmlakı olan və ya ona faktiki sahiblik həyata keçirən şəxslər həmin əmlakı icbari qaydada sığorta etdirməlidirlər. Əgər sığorta edilməsə, İnzibati Xətalar Məcəlləsinin 459-cu maddəsinə əsasən, fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə edilir”.

Murad

0