Göhər Süleymanova Azərbaycana 50,6 milyon dollar gətirib

İQTİSADİYYAT
15:55 / 29.12.2024
169

Bu ilin ilk 11 ayı ərzində Azərbaycanın ümumi ixracı 24,3 milyard dollar olub və bunun 3,1 milyard dolları qeyri-neft sektorunun payına düşüb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9% artıb.

İlin 11 ayı ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (186,6 milyon dollar) birinci, pambıq (168,9 milyon dollar) ikinci, pomidor (155,4 milyon dollar) üçüncü, fındıq (113,9 milyon dollar) isə dördüncü olub.

Bu ilin yanvar-noyabr aylarında xarici ölkələrə ən çox qeyri-neft məhsulları ixrac edən özəl şirkətlərin və fərdi sahibkarların ilk onluğu isə aşağıdakı kimi olub.

“MKT İstehsalat Kommersiya” MMC –  90,7 milyon dollar
“Silk Vey Vest” Aviaşirkəti” MMC – 75,6 milyon dollar
“ASG Business Aviaton” MMC – 70 milyon dollar
“Baku Steel Company” QSC – 56,8 milyon dollar
Süleymanova Göhər Süleyman qızı – 50,6 milyon dollar
“Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC  – 37,6 milyon dollar
“AIMKL”nın Azərbaycan Respublikasındakı nümayəndəliyi – 33 milyon dollar
“TABATERRA” QSC – 30,8 milyon dollar
“Khan-El” MMC – 28,4 milyon dollar
“Atena” MMC – 28 milyon dollar

Qeyd edək ki, ilk onluqda yer alan fiziki şəxs – Süleymanova Göhər Süleyman qızı ilk dəfə bu il məhsul ixrac etməyə başlayıb. Göhər Süleymanova ilk dəfə məhsul ixrac etməsinə baxmayaraq 50,6 milyon dollarlıq ixracla ilk onluğa düşə bilib.
 

0