Qış tətilinə getmək istəyənlərin nəzərinə - QİYMƏTLƏR

İQTİSADİYYAT
16:36 / 29.12.2024
216

Sabahdan ölkədə 7 gün ardıcıl qeyri-iş günləri başlayır. 

Həm bayram ərəfəsi, həm də iş günlərinin olmamasında istifadə edərək, insanlar rayonlara üz tuturlar

Maraqlıdır, rayon turizmində qiymətlər necədir?

Bu sözləri Hit.az-a turizm üzrə ekspert Ceyhun Əliyev deyib.

Onun sözlərinə görə, qış turizmi dekabrın ortasından başlasa da, son günlər tələbat artıb:

“Hər il olduğu kimi yeni il ərəfəsində tətillərin gözlənildiyi bir dövrə qədəm qoyuruq. İnsanlar, bu tətillərdə istirahət və səyahət planlarını hazırlayırlar. Bəzi şəxslər ölkə daxilində səyahət etməyi seçir, bəziləri isə xarici istiqamətlərə üz tuturlar.

Ölkə daxilində, xüsusilə , qış mövsümündə tələbatın artacağı proqnozlaşdırılır. Regiondakı otellər artıq təkliflərini təqdim ediblər. Bu təkliflərə əsasən, iki nəfərlik, iki gecəlik və üç günlük qalma müddətində, üç dəfə qidalanma və yeni il şənlikləri daxil olmaqla qiymətlər, təxminən 1000 - 2500 manat arasında dəyişir. Bəzi regionlarda qiymətlər isə daha münasibdir.

İnsanlar ən çox Qusar və Qəbələ bölgələrinə üstünlük verirlər. Bununla yanaşı, Şamaxı, Lənkəran və Astara kimi bölgələrdə də turist axınının artacağı gözlənilir. Gəncə də səyahətçilər üçün maraqlı bir istiqamətə çevrilir. Sürət qatarının mövcudluğu, bu bölgədə turist sıxlığını azaldır və qiymətləri nisbətən daha əlverişli edir.

Ümumiyyətlə, qiymətlər əvvəlki illərlə müqayisədə çox yüksəlməyib. Bunun əsas səbəbi isə bazara yeni otellərin daxil olmasıdır ki, bu da qiymətlərin çox artmasına mane olur. Lakin, bəzi hallarda qiymətlərin yüksək olması, xüsusilə yüksək tələbatın olduğu dövrlərdə, müştərilər tərəfindən təbii bir hal kimi qarşılanır”.

Murad

0