Ağsu rayonunda şəhərdaxili hərəkət (mobillik) planı hazırlanacaq.
Trend-in əldə etdiyi məlumata görə, artıq RİH bununla bağlı hazırlıq işlərini yekunlaşdırıb.
Ağsu Rayon İcra Hakimiyyəti şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması işlərini Azərbaycan Texniki Universitetinə həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə uyğun olaraq RİH sözügedən işlərin yerinə yetirilməsi üçün universitetə 20 min manat ödəyəcək.