Heydər Əliyev Beynəlxalq Aeroportundan Varşavaya "Polish Airlines" aviaşirkətinin həyata keçirməli olduğu LOT-722 reysi təyyarədə yaranmış texniki nasazlıq səbəbindən ləğv edilib.
Bu barədə HİT.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidmətindən bildirilib.
Sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə, aviaşirkət tərəfindən alternativ təyyarə göndəriləcəkdir. Sərnişinlər uçuşun yeni vaxtı barədə məlumatlandırılacaq.
Əlavə məlumat üçün sərnişinlər "Polish Airlines” aviaşirkətinə müraciət edə bilərlər:
+994ü 12 597 55 30
+994e 77 223 99 93
+48 788 950 370 (WhatsApp)