"SOCAR Türkiyə" (SOCAR-ın Türkiyədə maraqlarını təmsil edir) Suriyanın enerji təchizatında iştirak etməyə hazırdır.
"APA-Economics" xəbər verir ki, bunu İstanbulda keçirilən mətbuat konfransı zamanı "SOCAR Türkiye"nin (SOCAR-ın Türkiyədə maraqlarını təmsil edir) Baş icraçı direktoru Elçin İbadov deyib.
Onun sözlərinə görə, Suriyada və regionda sülh və sabitliyin bərqərar olması hamını sevindirir. Sülh və sabitliyin bərpası ilə ortaya iqtisadi inkişaf çıxacaq ki, bu da öz növbəsində enerjiyə tələbatın artmasına gətirəcək.
"Bu enerjiyə tələbat olduğu müddətdə siyasi baxımdan bizim dövlətlərimizin - Azərbaycan və Türkiyə, ortaq strateji mənfəətlərinə uyğun olaraq "SOCAR Türkiye"yə hansısa bir rol verilərsə bunu məmnuniyyətlə yerinə yetirmək, əlbəttə ki, bizim borcumuzdur", - Elçin İbadov qeyd edib.