Mərkəzi Bank "General Spare Parts" şirkətini nədə ittiham edir?

İQTİSADİYYAT
18:38 / 06.01.2025
98

Mərkəzi Bank "General Spare Parts" şirkəti barəsində inzibati protokol tərtib edib. 

Hit.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə ittiham edilir. 

İş baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. 

430.4-cü maddədə vəzifəli şəxslərin inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslərin isə inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Abbas

0