"Old Line Trading Company" məcburi auditdən yayındı, cərimə edildi

İQTİSADİYYAT
18:37 / 09.01.2025
65

"Old Line Trading Company" MMC 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə həyata keçirilməli olan məcburi auditindən yayınıb. 

Hit.az xəbər verir ki, Dövlət Vergi Xidməti tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol tərtib edilib. 
 
Məhkəmənin qərarı ilə “Project Center” MMC İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1.500 manat məbləğində cərimə olunub.

Samir
 

0