"Project Center" MMC 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə həyata keçirilməli olan məcburi auditindən yayınıb.
Hit.az məlumatına görə, Dövlət Vergi Xidməti tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol tərtib edilib.
Məhkəmənin qərarı ilə “Project Center” MMC İnzibati Xətalar Məcəlləsinin 464- cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1.500 manat məbləğində cərimə olunub.
Samir