AMB-nin valyuta ehtiyatı azalır?

İQTİSADİYYAT
19:45 / 09.01.2025
58

“Mərkəzi Bankın valyuta ehtiyatı azalmaq üzrədir. İlin sonunda dollara təlabat artır, bu da bank sistemi üçün adi hal sayılır. Bu səbəbdən də Mərkəzi Bankın valyuta ehtiyatı azalır”.

Bu sözləri Hit.az-a bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyib. 

O bildirib ki, il sonunda devolvasiyanın olmasına dair əhali arasında ajiotaj yaranıb: 

“Bundan narahat olanlar dollar almağa üstünlük verib. Zənnimcə, valyutanın azalması prosesi uzun müddət davam etməyəcək”.

Qeyd edək ki, bu il yanvarın 1-də Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 10 milyard 959,5 milyon ABŞ dolları təşkil edib. Bu, ötən il dekabrın 1-i ilə müqayisədə 0,1 faiz azdır. AMB-nin valyuta ehtiyatları son 1 ildə isə 5,6 faiz azalıb. 

Sevinc

0