"Kənan Logistika" cərimə olunur

İQTİSADİYYAT
16:56 / 10.01.2025
55

"Kənan Logistika" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub.

Hit.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000-5000 manatadək məbləğdə, hüquqi şəxslər 20000 -25000 manatadək məbləğdə cərimə edilir.

İşə 17.01.2025-ci il tarixində Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə baxılacaq. 

Elvin

0