Mərkəzi Bank iş adamı Tural Cəfərlini inzibati məsuliyyətə cəlb edib.
Qaynarinfo-nun məlumatına görə, iş adamına qarşı İnizbati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə ittiham edilir.
430.4-cü maddə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması ilə bağlıdır.
Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslərin isə inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
Tural Cəfərov Mərkəzi Bankın qərarında məhkəməyə şikayət verib. Onun şikayətinə Nizami Rayo Məhkəməsində baxılacaq. Yanvarın 16-na iş üzrə məhkəmə baxış iclası təyin edilib.
Tural Cəfərlinin iş adamı kimi fəaliyyətinə gəlincə, onun adına Antiiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2022-ci ildə un idxalçıları haqqında açıqladığı məlumatda rast gəlinir.