İlin bütün fəslində geyim mağazalarında 30-50-70 faiz endirim olması ilə bağlı endirimlər elan yazılır.
Ancaq həmin dükana daxil olanda məlum olur ki, endirim falan yoxdur, məhsul öz qiymətinə satılır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Hit.az-a bildirib ki, aldadıcı endirim kampaniyaları ilə bağlı hər gün Azərbaycan İstehlakçılar Birliyinə telefon zəngi gəlir:
"Bu şikayətlər vitrində yazılan qiymətlərlə kassada olan qiymətlər arasında ziddiyyətlər olması, satışda yol verilən qüsurlar və başqa səbəblərlə bağlı olur. İstehlakçılardan verilən məlumata görə, endirim kampaniyalarında saxtakarlıqlar çoxluq təşkil edir və istehlakçılar aldadılır. Dükanda endirimlər ərəfəsində qiymətin üstündən yeni qiymət yapışdırırlar və müştəriləri aldadırlar. Bir sözlə, istehsalçılar fürsətdən istifadə edib istehlakçıları "soyurlar"”.
Sevinc