DGK “ZEN CONSTRUCTİON GROUP"a protokol yazdı

İQTİSADİYYAT
18:35 / 15.01.2025
51

Dövlət Gömrük Komitəsi (DGK) “ZEN CONSTRUCTİON GROUP" şirkəti barəsində inzibati protokol tərtib edib. 

Hit.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi ilə bağlıdır) maddəsi ilə ittiham edilir. 

Bu maddəyə görə vəzifəli şəxslərin 1000 manat, hüquqi şəxslər isə 1500 manat məbləğində cərimə edilir. 

İşə Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq. 

“ZEN CONSTRUCTİON GROUP"un əvvəlki adı "Azplast Company" olub. 2024-cü ildə şirkətin adı dəyişdirilib. 

Abbas 
 

0