"Modern Farm" hansı qaydaları pozub?

İQTİSADİYYAT
21:14 / 17.01.2025
45

"Modern Farm" şirkəti cərimələnə bilər. 

Hit.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 496.1-ci (Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsi) maddəsi ilə protokol tərtib edilib. 

İşə Yasamal Rayon Məhkəməsində baxılacaq. Yanvarın 24-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas hakim Sevinc Quliyevanın sədrliyi ilə keçiriləcək. 

496.1-ci maddədə fiziki şəxslərin əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslərin yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslərin isə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur. 

Abbas

0