“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) insan resursları departamentinin rəhbəri Ceyhun Nağıyeva iki maddə üzrə cərimə protokolu tərtib edilib.
Hit.az-ın məlumatına görə, Nağıyev Ceyhun İbrahim oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci və 192.6 maddəsi ilə ilə protokol tərtib olunub.
İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə vəzifəli şəxslər üç min manatdan beş min manatadək cərimə edilir.
192.6-cı (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi) maddəsi ilə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək cərimə olunur.
İşə Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynovun sədrliyi ilə baxılır. Baxış iclası 27.01.2025-ci il tarixinə təyin edilib.
Ramiz