"FLEET AVTOLİZ" məhkəmə qarşısında

İQTİSADİYYAT
22:16 / 17.01.2025
50

"FLEET AVTOLİZ" MMC barəsində yol hərəkəti qaydaları əleyhinə olan (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) inzibati xəta protokolu tərtib olunub. 

Hit.az-ın əldə etdiyi məlumata görə, protokol İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər 150 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.

İşə 23.01.2025-ci il tarixində Sabunçu Rayon Məhkəməsi hakimi Samirə Məmmədlinin sədrliyi ilə baxılacaq.

Ramiz

0