Yardımlıda küçə və parkları abadlaşdıracaq şirkət kimindir?

İQTİSADİYYAT
20:33 / 17.01.2025
52

Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının Yardımlı Şəhər Ərazi Nümayəndiliyi "M-House Construction" MMC ilə satınalma müqaviləsi imzalayacaq. 

Hit.az xəbər verir ki, müqavilə yardımlı şəhərində küçə və parklarda aparılacaq abadlıq işlərinin satın alınması ilə bağlıdır. Abadlıq işlərinə görə şirkətin qiymət təklifi 225.685,56 manatdır. 

"M-House Construction” MMC 17 mart 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Mir Cəlal küçəsi, 4-cü mikrorayon, ev 10, mənzil 1-də yerləşən şirkətin qanuni təmsilçisi Yunisov Əhliman Xasay oğludur. 

Əhliman Yusifovdan əvvəl şirkətin qanuni təmsilçisi Abbasov Kənan Mərkəz oğlu olub. Hər iki şəxs barəsində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. 

"M-House Construction” MMC barəsində də hər hansı məlumat yoxdur. Bununla belə, MMC  dövlət satınalmalarında fəal iştirak edən şirkətlərdəndir. 

Abbas
 

0