Çıxarışı olmayan daşınmaz əmlaklar icbari sığorta edilmir. Bu da təbii fəlakət və hadisə zamanı mənzil sahibini çətin vəziyyətdə qoyur.
Əmlak məsələləri üzrə ekspertlər deyirlər ki, sığorta şirkətlərinin qanunvericiliyi çıxarışsız mənzillərin sığortalanmasına imkan vermir. Çıxarışın olmaması isə vətəndaşların evlərini sığortlamasına əngəl törədir.
Niyə çıxarışı olmayan yaşayış və yaxud da qeyri-yaşayış sahələri sığorta edilmir?
Ekspert Elnur Fərzəliyev deyir ki, dünya təcrübəsində biznes obyektləri ilə yanaşı, fərdi evlərin, çoxmərtəbəli binaların mənzillərinin sığortalanması təcrübəsi var. Ölkəmizdə bu sahənin inkişafı ilə bağlı bütün boşluqlar aradan qaldırılmalıdır.
Ekspert təklif edir ki, hər hansı əmlakın çıxarışı olmasa da, şəxsin həmin ünvanda qeydiyyatı varsa, adında sayğacın olması kifayət etməlidir ki, həmin mənzil sığortalansın. //Xəzər TV