"Dərnəgül”dən gələn qatarlar “Xətai”yə kimi hərəkət edəcəklər” - Vüsal Aslanov

İQTİSADİYYAT
20:23 / 20.01.2025
36

"Prezident İlham Əliyevin “Bakı Metropoliteni” QSC qarşısına qoyduğu mühüm vəzifələrdən biri sıxlığın azaldılması istiqamətində tədbirlərin görülməsidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov deyib.

O bildirib ki, buna ilkin mərhələdə intervalın azaldılması ilə nail olmaq mümkündür. Bu isə bir neçə faktora əsaslanır.

“Birinci ən mühüm faktorumuz “Qırmızı xətt”lə “Yaşıl xətt”in birləşdiyi “C.Cabbarlı”-“28 May” stansiyasında xətlərin ayrılmasıdır. Dünya praktikasında da göstərir ki, xətlərin müstəqil fəaliyyət göstərməsi hərəkət sıxlığını azaltmaq üçün mühüm əhəmiyyət kəsb edir. İlkin planımız bu stansiyaları ayırmaq olacaq. Belə ki, “Dərnəgül” stansiyasından gələn qatarlar “Xətai” stansiyasınadək davam edəcək. “İçərişəhər” stansiyasından başlayan qatarlar isə “Həzi Aslanov” istiqamətində hərəkət edəcəklər”, - V. Aslanov qeyd edib.

0