"Şəfa" Müalicəvi Diaqnostika Mərkəzi lisenziyadan ənar fəaliyyətlə məşğul olub?

İQTİSADİYYAT
19:17 / 21.01.2025
60

"Şəfa" Müalicəvi Diaqnostika Mərkəzi inzibati məsuliyyətə cəlb edilib. 

Hit.az xəbər verir ki, Mərkəz İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə ittiham edilir. 

İş baxılması üçün Yasamal Rayon Məhkəməsində göndərilib. 

Yanvarın 30-na iş üzrə məhkəmə baxış iclası təyin edilib. 

İclas hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçiriləcək. 

215.1-ci maddə tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. 

Bu inzibati xətaya görə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər isə 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir.

Abbas

0